BİRJA

19 Avqust

BOKT "International" ASC-nin 18% illik gəlirli istiqrazları Bakı Fond Birjasında ticarətə buraxıldı

Finss.az - 12 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsi BOKT "International" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verib. İlk hərrac 19 avqust 2025-ci il tarixində uğurla yekunlaşıb və istiqrazlar Standart Bazar Listinq seqmentinə daxil edilib.

BOKT "International" ASC-nin AZ2036021023 ISIN kodlu istiqrazları faizli, təmin edilməmiş sənədsiz adlı formatda kütləvi və rəqabətli hərrac üsulu ilə yerləşdirilib.

Hərrac nəticələrinə görə:

  • İstiqrazların sayı: 10,000 ədəd

  • İlkin ticarət qiyməti: 100 AZN

  • Buraxılış həcmi: 1,000,000 AZN

  • İllik gəlirlilik faizi: 18%

  • Minimal və Maksimal qiymət: 100 AZN

  • Kəsmə və Ortaçəkili qiymət: 100 AZN

  • Reallaşdırılmış həcmi: 1,000,000 AZN

  • İnvestor sayı: 50

  • Sifariş sayı: 50

  • Ödəmə Periodu: hesablanmış faizlər hər 30 gündə bir ödəniləcək

  • Tədavül müddəti: 3 il

  • Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

İstiqrazlar üzrə ödəniləcək faizlər buraxılış tarixindən etibarən hər 30 gündə investorların hesablarına köçürüləcək. İlk hərrac zamanı investorlar tərəfindən sifarişlərin ümumi həcmi nominal qiymətlə 1 milyon AZN təşkil edib.

Bakı Fond Birjasının “Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-nın 3.19 bəndinə uyğun olaraq, istiqrazlar Standart Bazar Listinq seqmentində ticarətə çıxarılıb.

Eləcədə bax: ABŞ dolları sabit qaldı, avroda cüzi dəyişiklik müşahidə olunur