BİRJA

19 Avqust

"KREDİT EVİ" ASC-nin 17% illik gəlirli istiqrazları Bakı Fond Birjasında ticarətə buraxıldı

12 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsi "KREDİT EVİ" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verib. İlk hərrac 19 avqust 2025-ci il tarixində uğurla yekunlaşıb və istiqrazlar Standart Bazar Listinq seqmentinə daxil edilib.

"KREDİT EVİ" ASC-nin AZ2003021493 ISIN kodlu istiqrazları faizli, təmin edilməmiş sənədsiz adlı formatda kütləvi və rəqabətli hərrac üsulu ilə yerləşdirilib.

Hərrac nəticələrinə görə:

  • İstiqrazların sayı: 3,000 ədəd

  • İlkin ticarət qiyməti: 1,000 AZN

  • Buraxılış həcmi: 3,000,000 AZN

  • İllik gəlirlilik faizi: 17%

  • Minimal və Maksimal qiymət: 100 AZN

  • Kəsmə və Ortaçəkili qiymət: 100 AZN

  • Reallaşdırılmış həcmi: 3,000,000 AZN

  • İnvestor sayı: 50

  • Sifariş sayı: 50

  • Ödəmə Periodu: ildə 360 gün götürülməklə, hər 30 təqvim günündən 3 iş günündən gec olmayaraq ödəniləcək

  • Tədavül müddəti: 5 il

  • Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

İstiqrazlar üzrə ödəniləcək faizlər buraxılış tarixindən etibarən müvafiq qaydada investorların hesablarına köçürüləcək. İlk hərrac zamanı investorlar tərəfindən sifarişlərin ümumi həcmi nominal qiymətlə 3 milyon AZN təşkil edib.

Bakı Fond Birjasının “Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-nın 3.19 bəndinə uyğun olaraq, istiqrazlar Standart Bazar Listinq seqmentində ticarətə çıxarılıb.