25 avqust 2025-ci il tarixində ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,45% azalaraq 67,91 ABŞ dolları olub.
Finss.az-ın məlumatına görə, Nyu-York NYMEX birjasında oktyabr ayı üzrə WTI markalı neftin qiyməti 0,51% geriləyərək 64,47 ABŞ dolları təşkil edib.
Beləliklə, hər iki əsas neft markası həftəyə eniş tendensiyası ilə başlayıb.