Finss.az - "ICE London" qitələrarası birjasında “Brent” markalı neftin qiyməti 0,65% ucuzlaşıb və 2025-ci ilin noyabr müqaviləsinə görə 1 barel üçün 67,16 ABŞ dolları təşkil edib.
"NYMEX" əmtəə birjasında “WTI” markalı neftin qiyməti 0,7% azalaraq oktyabr müqaviləsinə görə 1 barel üçün 63,52 ABŞ dollarına enib.
Qiymətlərin ucuzlaşması bazarda təklifin artması və tələbin zəifləməsi ilə əlaqələndirilir.