10 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Finss.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Qiymətli kağızın ISIN kodu |
AZ2106008686 |
Emissiya həcmi |
50,000,000 manat |
Nominal qiyməti |
1,000.00 manat |
Hərrac qiyməti |
1,000.00 manat |
İstiqrazların tədavül müddəti |
7200 gün |
Faiz dərəcəsi |
3.25% |
Faiz gəlirinin ödəniş müddəti |
180 gündən bir (6 aydan bir) |
Anderrayter |
“İnvest-Az İ.Ş” QSC |
Fuad Mədətov
Finss.az