BİRJA

10 phrase_var_core.october

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 10 oktyabr 2025-ci il tarixindən etibarən rəsmi valyuta və bank metallarının məzənnələrini açıqlayıb.

Finss.az xəbər verir ki, ABŞ dolları 1,7000 manat, avro 1,9675 manat, İngilis funt sterlinqi 2,2624 manat, Rusiya rubllu (100 RUB) 2,0938 manat, türk lirəsi 0,0407 manat səviyyəsində müəyyən olunub.

Digər valyutalar arasında Gürcü larisi 0,6273 manat, Çin yuanı 0,2386 manat, Yapon yeni (100 JPY) 1,1128 manat, Avstraliya dolları 1,1164 manat, Kanada dolları 1,2129 manat, İsveçrə frankı 2,1093 manat, Küveyt dinarı 5,5384 manat, Sinqapur dolları 1,3096 manat, BƏƏ dirhəmi 0,4628 manat, Səudiyyə Ərəbistanı rialı 0,4532 manat, Qazaxıstan tengəsi (100 KZT) 0,3139 manat, Özbək somu (100 UZS) 0,0140 manat olaraq açıqlanıb.

Bank metallarının qiymətləri isə belədir: qızıl (XAU) 6745,1410 manat, gümüş (XAG) 84,0861 manat, platin (XPT) 2730,1745 manat, palladium (XPD) 2355,2905 manat.

Qeyd olunur ki, Mərkəzi Bank açıqlanan məzənnələr ilə valyuta və metalları almaq və satmaq öhdəliyini daşımır.