13 oktyabr 2025-ci ildə dünya birjalarında təbii qazın qiymətləri artım nümayiş etdirib. Artıma səbəb kimi havaların soyuması, enerji tələbinin yüksəlməsi və qaz anbarlarında ehtiyatların azalması göstərilir.
Finss.az xəbər verir ki, ABŞ-ın Henry Hub birjasında təbii qazın 1 milyon Britaniya istilik vahidi (MMBtu) üzrə qiyməti 3,13 dollar olub ki, bu da 0,67% artım deməkdir.