Niderlandın ING bank qrupu “Brent” markalı neft və "Dutch TTF" markalı təbii qazın 2028-ci ilə qədər qiymət proqnozlarını açıqlayıb.
Finss.az xəbər verir ki, analitiklərin hesablamalarına görə, 2025-ci ildə “Brent” neftinin orta illik qiyməti bir barrel üçün 68 ABŞ dolları, “Dutch TTF”in isə 1 meqavatt/saat üçün 38 avro səviyyəsində olacaq.
2026-cı ildə orta illik qiymətlərin müvafiq olaraq 57 dollar/barel və 31 avro/meqavatt-saat olması gözlənilir.
2027-ci ildə isə “Brent” neftinin illik orta qiymətinin təxminən 62 dollar, “Dutch TTF”in qiymətinin isə təqribən 26 avro olacağı proqnozlaşdırılır.
Rüblər üzrə proqnoza əsasən, 2025-ci ilin üçüncü rübündə “Brent” neftinin qiyməti 68 dollar/barel, dördüncü rübdə isə 62 dollar/barel, “Dutch TTF” üçün isə müvafiq olaraq 33 avro və 35 avro/meqavatt-saat səviyyəsində gözlənilir.
Fuad Mədətov
Finss.az