BİRJA

14 Oktyabr

Dünya birjalarında neft bahalaşıb

Finss.az - 14 oktyabr 2025-ci il tarixində dünya birjalarında neft qiymətləri yüksəlib.

Brent markalı neftin bir barelinin qiyməti 63,54 ABŞ dolları səviyyəsində formalaşıb ki, bu da əvvəlki göstəriciyə nisbətən 0,4% artım deməkdir. WTI (West Texas Intermediate) markalı neft isə 59,71 ABŞ dolları/barel qiymətlə ticarət olunub və bu göstərici də 0,42% artımla qeydə alınıb.

Enerji ekspertləri bildirirlər ki, qlobal tələbin sabitləşməsi fonunda növbəti günlərdə Brent markasının 64–65 dollar/barel intervalında ticarət olunması gözlənilir.