"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0,2% azalaraq bir barelə görə 60,64 ABŞ dolları təşkil edib.
Finss.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,21% azalaraq 57,34 ABŞ dolları olub.
Beləliklə, dünya enerji bazarında neft qiymətlərində azalma meyli müşahidə olunur.