BİRJA

17 Oktyabr

Əmtəə bazarlarında qızılın qiyməti yüksəlib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiyməti 4 370 ABŞ dollarını ötüb.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında (Bakı vaxtı ilə saat 08:38-ə olan məlumata görə) qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,57% artaraq 4 372,1 ABŞ dollarına bərabər olub.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti0,13% artaraq 53,365 ABŞ dolları səviyyəsində formalaşıb.

Beləliklə, qızıl və gümüş qiymətləri artım tendensiyasını qoruyub saxlayır.