BİRJA

17 Oktyabr

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti 63 ABŞ dollardan çox təşkil edib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları və ya 1,73% azalaraq 63,15 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, əvvəlki sessiyada Azərbaycan neftinin qiyməti 64,26 ABŞ dolları olub.

Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti 1 barelə görə 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Fuad Mədətov
Finss.az