20 oktyabr 2025-ci il tarixində beynəlxalq birjalarda təbii qazın qiymətində artım qeydə alınıb.
Finss.az xəbər verir ki, artım əsasən ABŞ-da tələbatın yüksəlməsi və hava şəraitinin soyuması ilə bağlı gözləntilərlə əlaqələndirilir.
Təbii qazın spot/futures qiyməti 3,15 ABŞ dolları/MMBtu səviyyəsində formalaşıb ki, bu da əvvəlki günə nisbətən 4,67 faiz artım deməkdir.
CME Group-un məlumatına əsasən, Henry Hub futures (NGX25 kontraktı) üzrə qiymət 3,145 ABŞ dolları olub. Göstərici əvvəlki səviyyədən 0,137 dollar çoxdur və bu, 4,55 faiz artımla ifadə olunur.