BİRJA

20 Oktyabr

Bitcoin və Ethereum qiymətləri yüksəlib

20 oktyabr 2025-ci il tarixində dünya kriptovalyuta bazarında qiymətlərdə artım müşahidə olunub.

Finss.az-ın məlumatına görə, Bitcoin (BTC) 1,2% artaraq 111 246 ABŞ dolları, Ethereum (ETH) 2% artaraq 4 078,83 ABŞ dolları, BNB 3,9% artaraq 1 141,86 ABŞ dolları, XRP 4,7% artaraq 2,46 ABŞ dolları səviyyəsində ticarət olunub.

Digər əsas kriptovalyutaların qiymət dəyişiklikləri belə olub:

  • Solana (SOL): +4% → 193,42 USD
  • Dogecoin (DOGE): +6,5% → 0,2018 USD
  • Cardano (ADA): +6,7% → 0,6724 USD
  • Polkadot (DOT): +6,5% → 3,10 USD
  • Litecoin (LTC): +3,6% → 95,42 USD
  • Bitcoin Cash (BCH): +4,5% → 482,67 USD
  • Chainlink (LINK): +8,6% → 18,20 USD

Analitiklər bildirirlər ki, bazarda ümumi artım müşahidə olunsa da, Crypto Fear Greed indeksi 29 səviyyəsində qalır, bu isə investorların hələ də ehtiyatlı yanaşdığını göstərir.