Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub.
Finss.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları və ya 1,68% bahalaşaraq 63,45 ABŞ dolları səviyyəsinə yüksəlib.
Əvvəlki ticarət sessiyasında bu göstərici 62,4 ABŞ dolları olub.
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində müəyyən edilib.