BİRJA

24 Oktyabr

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, bu markalı neftin bir barelinin qiyməti 3,3 ABŞ dolları və ya 5,2% artaraq 66,75 ABŞ dollarına çatıb.

Əvvəlki ticarət sessiyasında Azərbaycan neftinin bir bareli 63,45 ABŞ dolları səviyyəsində qiymətləndirilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları həddində nəzərdə tutulub.

Qiymət artımı qlobal enerji bazarlarında təklifin azalmasıxam neftə tələbin artması ilə əlaqələndirilir.