BİRJA

29 Oktyabr

Dünya qiymətli metallar bazarında qarışıq dinamika müşahidə olunub

29 oktyabr 2025-ci il tarixində dünya qiymətli metallar bazarında qiymətlər qarışıq dinamika ilə ticarət olunub.

Finss.az xəbər verir ki, qızılın (spot, London bazarı) bir unsiyasının qiyməti $3,951.59 səviyyəsində sabit qalıb — gün ərzində ciddi dəyişiklik müşahidə edilməyib.
ABŞ-da dekabr fyuçers kontraktları isə 0,4 % ucuzlaşaraq $3,965.20/unsiya səviyyəsində qərarlaşıb.

  • Gümüş qiyməti 0,7 % artaraq $47.35/unsiya,
  • Platin isə 0,7 % azalma ilə $1,574.25/unsiya,
  • Paladium isə 0,2 % ucuzlaşaraq $1,391.07/unsiya səviyyəsində ticarət olunub.