Əmtəə bazarlarında qızılın qiymətində azalma, gümüşdə isə artım qeydə alınıb.
Finss.az-ın məlumatına görə, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 0,47% azalaraq 3 981,7 ABŞ dolları təşkil edib.
Eyni zamanda, gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,8% artaraq 47,53 ABŞ dolları səviyyəsinə yüksəlib.
