Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib.
Finss.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları və ya 1,58% artaraq 66,24 ABŞ dolları təşkil edib.
Qeyd olunur ki, öncəki sessiyada “Azeri Light” neftinin qiyməti 65,21 ABŞ dolları səviyyəsində idi.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
