BİRJA

03 Noyabr

“Brent” və “WTI” markalı neftin qiymətləri artıb

“ICE London” qitələrarası birjasında aparılan ticarət əməliyyatları nəticəsində “Brent” markalı neftin 2025-ci ilin yanvar ayı üzrə fyuçers müqaviləsinin dəyəri 0,39% artaraq bir barel üçün 65,02 ABŞ dolları səviyyəsində formalaşıb.

Finss.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında da müsbət dinamika müşahidə edilib — belə ki, bu ilin dekabr ayı üzrə ixrac üçün nəzərdə tutulan “WTI” markalı neftin bir barelinin qiyməti 0,38% artaraq 61,21 ABŞ dolları təşkil edib.