3 noyabr 2025-ci il tarixində dünya kriptovalyuta bazarında əsas rəqəmsal aktivlərin qiymətlərində azalma müşahidə olunub.
Finss.az xəbər verir ki, Bitcoin (BTC) son 24 saat ərzində 2,5 % ucuzlaşaraq təxminən 107 200 ABŞ dolları, Ethereum (ETH) isə 2,1 % geriləyərək 3 945 ABŞ dolları səviyyəsində ticarət olunur.
Bundan əlavə, BNB (BNB) 1,8 % azalaraq 1 122 USD, Solana (SOL) isə 2,9 % geriləmə ilə 195 USD olub. XRP 1,3 % enərək 2,58 USD səviyyəsində qərarlaşıb.
Ümumi kriptovalyuta bazar kapitalizasiyası 3,86 trilyon ABŞ dollarına enib.
Mütəxəssislərin fikrincə, bu azalma bazarda qısamüddətli korreksiya və investorların ehtiyatlı mövqeyə çəkilməsi ilə əlaqələndirilir.
