BİRJA

04 Noyabr

Azərbaycan neftinin qiyməti yüksəlib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları və ya 0,85% artaraq 66,43 ABŞ dollarına çatıb.

Qeyd edək ki, bir gün öncə bu göstərici 65,87 ABŞ dolları səviyyəsində idi.

Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.