BİRJA

04 Noyabr

Kriptovalyuta bazarında eniş davam edir – Bitcoin və Ethereum ucuzlaşıb

04 noyabr 2025-ci il tarixində kriptovalyuta bazarında eniş meyli davam edib və investorlar arasında ehtiyatlı əhval-ruhiyyə güclənib.

Finss.az xəbər verir ki, Bitcoin (BTC) təxminən 106 769 ABŞ dolları səviyyəsinə enərək gündəlik 1,06% azalıb, Ethereum (ETH) isə 3 623 ABŞ dolları civarında ticarət olunub və 3,20% geriləmə qeydə alınıb.

Ümumi kriptovalyuta bazar kapitalizasiyası təxminən 3,55 trilyon ABŞ dolları səviyyəsində müəyyən olunub.

Analitiklər bildirirlər ki, qiymətlərin enişinə əsas səbəblərdən biri ABŞ Mərkəzi Bankının (Fed) faiz siyasəti ilə bağlı qeyri-müəyyənlik və dolların güclənməsi olub.