Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində cüzi azalma müşahidə olunub.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,39 ABŞ dolları və ya 0,6% geriləyərək 65,43 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, neftin əvvəlki qiyməti 65,82 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
