Azərbaycan Mərkəzi Bankı 6 noyabr 2025-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.
Finss.az xəbər verir ki, 1 ABŞ dolları 1,7000 manat, 1 Avro 1,9561 manat, 100 Rusiya rublu 2,0897 manat, 1 Gürcü larisi 0,6293 manat, 1 Türk lirəsi 0,0404 manat, 1 İngilis funt sterlinqi 2,2206 manat, 1 Çin yuanı 0,2386 manat, 100 Yapon yeni 1,1041 manat səviyyəsində müəyyən edilib.
Bank metallarının qiymətləri də açıqlanıb: 1 troy unsiya qızıl 6781,0280 manat, 1 troy unsiya gümüş 82,0633 manat, 1 troy unsiya platin 2654,0230 manat, 1 troy unsiya palladium 2428,0590 manat təşkil edib.
Mərkəzi Bank bildirib ki, bu məzənnələr məlumat xarakteri daşıyır və həmin qiymətlərlə valyuta və ya metal alqı-satqısı üzrə öhdəlik nəzərdə tutulmur.
