Finss.az - Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 13.11.2025-ci il tarixindən etibarən ABŞ dolları 1,7000 manat səviyyəsində qalır.
Avro 1,9703 manat, İngilis funt sterlinqi 2,2310 manat, Rusiya rublu 100 rubl üçün 2,0942 manat, Türk lirəsi isə 0,0402 manat olaraq müəyyən olunub. Gürcü larisi 0,6285 manat, Çin yuanı 0,2393 manat, Yapon yeni isə 100 yeni üçün 1,0980 manat təşkil edib.
Bank metallarında 1 troy unsiya qızıl 7155,6060 manat, gümüş 91,7527 manat, platin 2754,6120 manat, palladium isə 2524,1430 manat səviyyəsində müəyyənləşib.
Mərkəzi Bank bildirir ki, bu məzənnələr rəsmi göstəricilərdir və Bank bu qiymətlərlə valyuta alqı-satqısı öhdəliyi daşımır.
