14 noyabr 2025-ci il tarixində dünya birjalarında kriptovalyuta bazarı ciddi dəyişikliklər yaşayıb.
Finss.az xəbər verir ki, böyük rəqəmsal aktivlərdən bəzilərinin qiymət və faiz dəyişiklikləri aşağıdakı kimidir:
- Bitcoin (BTC) – USD $100,000 səviyyəsinin altında sabitləşərək son 24 saat ərzində təxminən -3%dən -7%-ə qədər azalma göstərib.
- Ethereum (ETH) – qiymətində təxminən -6% azalma müşahidə olunub.
- Qlobal kriptovalyuta bazarının kapitalizasiyası – eyni dövrdə təxminən -3,25% azalaraq ≈ $3,33 trilyon səviyyəsinə düşüb.
Bu göstəricilər bazarda investorların ehtiyatlı davranmasına və risk aktivlərindən uzaqlaşmasına işarə edir.
