BİZNES

30 Aprel

"The Training Hub Azerbaijan" tədbir təşkil edib

Aprelin 27-də müştərilərinə peşəkar bilik və bacarıqların inkişafı üzrə innovativ və qlobal  göstəricələrə sahib məhsullar təqdim edən "The Training Hub Azerbaijan" strateji tərəfdaşlarının, platformanın ekspertlərinin, mətbuat nümayəndələrinin və sahibkarların iştirakıyla tədbir təşkil edib.

Fins.az xəbər verir ki, təqdimatda "The Training Hub Azerbaijan"ın bilik, təcrübə və bacarıqların səviyyəsini yüksəltmək üçün inkişaf platforması olmaqla yanaşı, müştərilərini biznesin inkişafı üçün vacib resurslarla təmin edən və biznes daxilində sistemlər quraraq eksponensial artımı təşviq edən sürətləndirici akselerator-"BUSINESS BOOSTER" məhsulları haqqında da məlumat verilib.