Finss.az - 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi bəzi məhsul qruplarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə olunub.
Bu barədə “İxrac İcmalı”nın aprel buraxılışında qeyd olunub.
Məlumata görə, qiymətli və ya azqiymətli daşlar və metallar üzrə ixrac həcmi 46,7 milyon ABŞ dolları və ya 3,4 dəfə artaraq ən kəskin yüksəlişi göstərib.
Digər əsas ixrac artımları isə belə olub:
-
Qara metallar və onlardan hazırlanan məmulatlar – 9,1 milyon dollar və ya 76,8% artım;
-
Kimya sənayesi məhsulları – 21,9 milyon dollar və ya 33,4% artım;
-
Şəkər – 976,3 min dollar və ya 18,8% artım;
-
Meyvə-tərəvəz – 20,8 milyon dollar və ya 15,7% artım;
-
Alüminium və ondan hazırlanan məmulatlar – 4,9 milyon dollar və ya 10,2% artım;
-
Spirtli və spirtsiz içkilər – 724 min dollar və ya 5,7% artım;
-
Çay – 74,1 min dollar və ya 5,1% artım;
-
Bitki və heyvan mənşəli piylər və yağlar – 237,9 min dollar və ya 4,2% artım;
-
Pambıq iplik – 22,1 min dollar və ya 0,4% artım.