BİZNES

06 May

Sumqayıt Kimya Sənaye Parkında investisiya həcmi 6 milyard manatı ötüb

Finss.az - Sumqayıt Kimya Sənaye Parkında indiyədək ümumi investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Agentliyin açıqlamasına görə, sahibkarlar tərəfindən sənaye parkına 5,5 milyard manatdan artıq investisiya yatırılıb. Nəticədə 6,200-dən çox şəxs daimi işlə təmin olunub.

Mövcud layihələrin növbəti mərhələsində isə sənaye parkına əlavə olaraq 515 milyon manat həcmində investisiyanın cəlb olunması və təxminən 2,700 yeni daimi iş yerinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda sənayeləşmə prosesinin sürətləndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından əsas strateji məkanlardan biri hesab olunur.