BİZNES

06 May

Növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb

Finss.az - Mayın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 4.500 manat olan “Nissan Maxima” markalı avtomobil 8.200 manata, 7.800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13.300 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3LtXXH linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 13, 20 və 27 may tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
 

Zemfira Ms
Finss.az