ABŞ Energetika Nazirliyi Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq proqnozuna əsasən, 2025-ci il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 67,87 dollardan 65,85 dollara endirib.
Finss.az xəbər verir ki, 2026-cı il üçün proqnoz bir barel üçün 61,48 dollardan 59,24 dollara endirilib.
Departamentin hesablamalarına görə, apreldə Brent markalı neftin orta spot qiyməti 68 dollar/barel təşkil edib ki, bu da mart ayı ilə müqayisədə orta hesabla 5 dollar aşağıdır. Departamentin analitikləri qeyd edirlər ki, ABŞ administrasiyasının ən böyük ticarət tərəfdaşlarına qarşı yeni tarif siyasəti və onların cavab tədbirləri təzyiqi altında neftin etalon markası üzrə kotirovkalar ardıcıl üçüncü aydır ki, aşağı düşür. Bundan əlavə, Brent qiymətlərinə OPEC+-ın aprel ayında hasilatı sutkada 411 min barel artırmaq qərarı ilə təzyiq edilib.