ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 2,032 milyon barrel azalıb, Enerji Departamenti bildirib.
Finss.az xəbər verir ki, Trading Economics tərəfindən sorğuya qatılan analitiklər orta hesabla 1,7 milyon barel azalma proqnozlaşdırmışdılar.
Mayın 2-də bitən həftədə benzin ehtiyatları 188 min barel artıb, distillat ehtiyatları isə 1,107 milyon barel azalıb.
Ekspertlər benzin ehtiyatlarının 1,5 milyon barel, distillələrin isə 1,4 min barel azalacağını gözləyirdilər.
Nymex-in ticarət etdiyi neftin saxlandığı Cushing terminalında ehtiyatlar 740 min barel azalıb. Əvvəlki həftə bu rəqəm 682 min barel artıb.