Türkiyə 2025-ci ilin aprel ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artaraq, 12 milyon 266 min 23 dollara çatdırıb.
Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana mebel ixracı 12 faiz artaraq, 44 milyon 44 dollara bərabər olub. Lakin 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin ümumi mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalıb və 2 milyon 509 min 953 dollara bərabər olub.
Aprel ayında isə Türkiyə 622 min 143 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 6,7 faiz artıb.
Son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə ümumilikdə 7 milyon 890 min 410 dollar məbləğində mebel ixrac edib.