2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 136 ton miqdarında, 58 min ABŞ dolları dəyərində xlor idxal edilib.
Finss.az bu barədə Dövlət Statistika Komitəsi-nə istinadən məlumat verir.
Məlumata görə, xlor idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 34 ton və ya 33,3%, dəyər ifadəsi ilə 18 min ABŞ dolları, yaxud da 45% artıb.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana idxal edilmiş xlorun miqdarı 102 ton, dəyəri isə 40 min ABŞ dolları idi.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana xlor Rusiya və İrandan idxal edilib.