BİZNES

09 May

Türkiyənin Azərbaycana avtomobil artıb

2025-ci ilin aprel ayında Türkiyə Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 6 milyon 454 min 32 dollar təşkil edib.

Finss.az-ın xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 7,9% azalıb və 26 milyon 70 min 44 dollar olub. Lakin, ümumilikdə, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı 6,5% artaraq 12 milyon 635 min 489 dollar olub.

Aprel ayında isə Türkiyə 3 milyon 145 min 722 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 14,8% çoxdur.

Son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 37 milyon 970 min 141 dollar dəyərində avtomobil ixrac edib.