BİZNES

09 May

Bu il Azərbaycan-Vyetnam ticarət dövriyyəsi 127,2 milyon dollar olub

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan ilə Vyetnam arasında ticarət əməliyyatlarının həcmi 127,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 milyon ABŞ dolları və ya 49,8% azalma deməkdir.

Bu dövrdə Azərbaycandan Vyetnama 91,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 125,8 milyon ABŞ dolları və ya 57,8% azalmadır. Eyni zamanda, Vyetnamdan Azərbaycana 35,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları baş tutub ki, bu da illik müqayisədə 312 min ABŞ dolları və ya 0,9% azalma deməkdir.

2024-cü il ərzində Azərbaycanla Vyetnam arasında ticarət əməliyyatlarının həcmi 223,9 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilə nəzərən 258,2 milyon ABŞ dolları və ya 53,6% azalma deməkdir. Ötən il Azərbaycandan Vyetnama 78,8 milyon dollarlıq məhsul ixrac edilib, bu isə 2023-cü ilə müqayisədə 267 milyon ABŞ dolları və ya 77,2% azalma göstərir.

2024-cü ildə Vyetnamdan Azərbaycana 145,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2023-cü ildən 8,8 milyon ABŞ dolları və ya 6,5% artım deməkdir.

Bundan əlavə, 2024-cü ildə Vyetnam Azərbaycandan ən çox neft alan ölkələr arasında 21-ci sırada yer alıb. Ötən il Azərbaycandan bu ölkəyə 77,9 milyon ABŞ dolları dəyərində 138,5 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib, bu isə 2023-cü ilə müqayisədə dəyər ifadəsində 267,6 milyon ABŞ dolları və ya 77,5%, həcm ifadəsində isə 415,9 min ton və ya 75% azalma göstərir.