Finss.az - Azərbaycanın un, qarabaşaq, makaron və digər ərzaq məhsullarının həm iri istehsalçısı, həm də idxalçılarından biri olan “Karat Holding” MMC-də rəhbərlik dəyişikliyi baş verib.
Banker.az xəbər verir ki, şirkətin yeni direktoru İlham Xəlilov Şəmil oğlu təyin edilib. O, bu vəzifədə İqdam Umudov Əliş oğlunu əvəz edib.
Qeyd edək ki, “Karat Holding” MMC 2004-cü ildə təsis olunub və hazırda 430 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir. Şirkət bazarda daha çox “Karmen” brendi ilə tanınan un məhsulları ilə çıxış edir.
“Karat Holding” ərzaq sektorunda fəaliyyət göstərən əsas oyunçulardan biri olmaqla yanaşı, Azərbaycanın ərzaq təhlükəsizliyi və daxili bazarın təminatı baxımından da mühüm rol oynayır.