BİZNES

12 May

Nissan 20 minə yaxın işçisini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor Co. biznesin yenidən qurulması çərçivəsində 20 000-ə yaxın işçini və ya qlobal işçi qüvvəsinin 15%-ni ixtisar etməyi planlaşdırır.

Finss.az xəbər verir ki, noyabr ayında şirkət 9 min nəfəri ixtisar etdiyini açıqlamışdı. NHK məlumatlı mənbələrə istinadən xəbər verir ki, Nissan indi daha 11 min işçisini ixtisar etmək niyyətindədir.

Nissan nümayəndələri Bloomberg-in şərh sorğusuna cavab verməyiblər.

Şirkət bundan əvvəl martda başa çatan son maliyyə ilində itkisinin 750 milyard yenaya (5,1 milyard dollar) çata biləcəyini proqnozlaşdırmışdı. İllik hesabat mayın 13-də dərc olunacaq.

Nissan səhmləri bazar ertəsi 0,7% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 27,8% azalıb.