Dünya Bankının İcraçı Direktorlar Şurası “Moldovada İqlim Dəyişikliyi Kontekstində İqtisadi İmkanların və İnkişaf Siyasətlərinin Dəstəklənməsi” (MPO) layihəsi çərçivəsində Moldova büdcəsinə 90 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.
Finss.az xəbər verir ki, vəsaitlər Moldovanın iqtisadi inkişaf perspektivlərini yaxşılaşdırmaq və Aİ standartlarına cavab verən enerji təhlükəsizliyini artırmaq üçün istifadə olunacaq.
Hesabatda qeyd edilir ki, Moldovaya büdcə dəstəyi Dünya Bankının ölkə tərəfdaşlığı çərçivəsinə uyğundur və “Dünya Bankının enerji və miqrasiya böhranlarına cavab vermək, eləcə də gələcək şoklara qarşı dayanıqlılığı gücləndirmək üçün hökumətə dəstək olmaq üzrə daha geniş səylərinin bir hissəsidir”.