BİZNES

13 May

Alkoqolsuz içkilərin istehsalında artım var

Finss.az - Bu ilin yanvar-mart aylarında ölkədə 9 035,8 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə istehsal həcmi 7,8 faiz və ya 650,1 min dkl artıb.

Aprel ayının 1-nə hazır məhsul ehtiyatı isə 528,9 min dkl təşkil edib.