BİZNES

13 May

Brent markalı neftin bir barelinin qiyməti 66,2 dolları ötüb

Çərşənbə axşamı axşam saatlarında neftin bahalaşması sürətlənib.

Finss.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti, Moskva vaxtı ilə saat 17:30-a olan məlumata görə, bir barel üçün 1,27 dollar (1,96%) artaraq 66,23 dollar olub.

Nyu-York əmtəə birjasında (NYMEX) iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 1,38 dollar (2,23%) artaraq 63,33 dollar/barelə çatıb.

Hər iki marka ABŞ-ın əksər Çin mallarına tarifləri 30%-ə, Pekinin isə Amerika mallarına rüsumları 10%-ə endirəcəyi xəbəri ilə günü iki həftənin ən yüksək həddə bağladı. Ağ Evdən bildiriblər ki, dəyişikliklər mayın 14-də qüvvəyə minəcək və 90 gün ərzində qüvvədə olacaq.

PVM analitiki Tamas Varqa qeyd edib ki, bazar indi belə bir “ticarət barışığının” mümkün nəticələrini qiymətləndirir.