Finss.az - Cari ilin yanvar-mart aylarında Zirə limanından “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) aid 25 min tona yaxın yük daşınıb.
ADY-dən verilən məlumata görə, daşınan yüklər əsasən kimya sənayesi məhsullarından ibarət olub.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi – Zirə – Gürgən – Zirə Dəniz Limanı marşrutu üzrə 21 kilometrlik dəmir yolu xətti əsaslı şəkildə yenidən qurulub. Həmçinin Gürgən ilə Zirə limanı arasında 9 kilometr uzunluğunda yeni dəmir yolu xətti çəkilib.
Bu infrastruktur yenilikləri nəticəsində bu ilin yanvar ayının sonunda Zirə limanından ilk dəfə olaraq dəmir yolu vasitəsilə tranzit yüklərin daşınmasına başlanılıb.
Yeni dəmir yolu bağlantısı Orta Dəhliz vasitəsilə yük axınlarının daha sürətli və səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır və bölgənin nəqliyyat-logistika imkanlarını xeyli genişləndirir.