“Achemos” qrupuna daxil olan Litvanın “Achema” azot gübrələri zavodu bir neçə ay ərzində əsas məhsulu olan ammonyakın istehsalını dayandırmağı planlaşdırır, LRT portalı BNS agentliyinə istinadən xəbər verir.
Finss.az xəbər verir ki, Achemos qrupunun sözçüsü Jolita Matselite BNS-ə bildirib ki, "Biz 17 Maydan etibarən ammonyak istehsalını müvəqqəti dayandırırıq".
Achemos qrupunun məlumatına görə, kimya zavodu hələ mart ayında Avropada təbii qaz qiymətlərinin kəskin dəyişməsi və üçüncü ölkələrdən ucuz məhsulların Avropa bazarına axını səbəbindən ammonyak istehsalının dayandırılması ilə bağlı qərar qəbul edib.