BİZNES

16 May

Brent markalı neftin bir barreli 64,8 dollara yüksəlib

Neft qiymətləri bir gün əvvəl nəzərəçarpacaq dərəcədə azalmadan sonra cümə günü səhər bahalaşır.

Finss.az xəbər verir ki, Moskva vaxtı ilə saat 8:05-ə Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 64,8 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,27 dollar (0,42%) bahadır. Cümə axşamı bu kontraktların qiyməti 1,56 dollar (2,36%) ucuzlaşaraq 64,53 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,26 dollar (0,42%) bahalaşaraq bir barelə görə 61,88 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,53 dollar (2,42%) ucuzlaşaraq 61,62 dollar/barel təşkil edib.