Finss.az xəbər verir ki, Fransanın BNP Paribas SA bankı 1,084 milyard avro dəyərində öz səhmlərini geri almaq üçün proqram elan edib.
Bank Avropa Mərkəzi Bankından müvafiq icazə aldığını bildirib.
Geri alış proqramı bazar ertəsi başlayacaq və iyunun 20-də başa çatacaq.
BNP Paribas-ın səhmləri ilin əvvəlindən 26% artıb, bankın kapitallaşması 89,68 milyard avro təşkil edir.