Finss.az - Bu ilin yanvar-aprel aylarında ölkədən 117 milyon ABŞ dolları dəyərində 367,4 min tondan çox kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 41,9 faiz və ya 34,5 milyon dollar, həcm baxımından isə 9,1 faiz və ya 30,8 min ton çoxdur.
Qeyd edək ki, 2025-cü ilin ilk 4 ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,33 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 10,95 faizə bərabər olub.