BİZNES

23 May

DSMF-nin xərcləri 10.2 % artıb

2025-ci ilin yanvar-fevral ayları ərzində DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 230.5 milyon manat və ya 10.2 % artıb.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilir ki, xərclərin 96,6%-ni əhaliyə ödənişlər təşkil edib.

Qeyd edək ki, DSMF-nin xərcləri 2024-cü ilin yanvar-fevral ayları ərzində ötən ilin müvafiq dövrünə nisbətən 144,1 mln. manat və ya 14,5% artıb. Xərclərin 96,9%-ni əhaliyə ödənişlər təşkil edib.

Fuad Mədətov
Finss.az