BİZNES

02 İyun

Azərbaycanın Türkiyəyə qaz ixracı 2,1% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyəyə 2,316 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Finss.az Dövlət Statistika Komitəsindən məlumatına əsasən xəbər verir ki, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 653,1 milyon ABŞ dolları olub.

Türkiyəyə qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 47 milyon kubmetr və ya 2,1% artıb, dəyər ifadəsi ilə 62,1 milyon ABŞ dolları, yaxud da 8,7 % azalıb.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 2,269 milyard kubmetr həcmində, 715,2 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 5,9 milyard kubmetr, dəyəri isə 2,2 milyard ABŞ dolları təkil edib. Bununla yanaşı, ilin ilk ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 145,6 milyon kubmetr, dəyəri isə 22,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Fuad Mədətov
Finss.az