Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 10-u, 11-i, 18-i və 24-də hərraclar keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 53 nəqliyyat vasitəsi və 4 texnika çıxarılıb.
İyunun 10-da keçiriləcək hərraca “Azinterservis”, “Cəlilabad Şərab”, “Daşkəsən Aqrotexservis”, “Zabrat Tikinti Quraşdırma” və “Bərdə Kəndkimya” səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılıb.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 87.385 manatla 886.154 manat arasında dəyişir.
İyunun 11-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri isə 1991-2013-cü illəri əhatə edir.
İyunun 18-də keçiriləcək hərraca 15 nəqliyyat vasitəsi və 4 texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.
İyunun 24-də keçiriləcək hərraca isə 4 lot üzrə 26 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri isə 1990-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.